ABŞ ilkin təsdiqlənmiş hərbi büdcəsinin bir hissəsi kimi Ukraynaya silah tədarükünü davam etdirir, lakin bu vəsait artıq tükənməkdədir.
AzerTimes xəbər verir ki, bunu Pentaqon sözçüsü Sabrina Sinq bildirib.
“Biz Ukraynaya əlimizdən gələn və mövcud prezident büdcəsindən qalan vəsaitlə yardım etməyə davam edirik. Vəsaitlərimiz tükənmək üzrədir”, – o bildirib.
Sinq əlavə edib ki, Amerika hakimiyyəti Konqresin yaxın həftələrdə Prezident Baydenin Ukraynaya əlavə yardım tələbini qəbul edəcəyinə ümid edir.