Atəşkəs bitdi: İsrail hərbi əməliyyatları bərpa etdi

Atəşkəs bitdi: İsrail hərbi əməliyyatları bərpa etdi

İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

“Atəşkəs müddəti saat 07:00-də (Bakı vaxtı ilə saat 09:00) başa çatıb”, – məlumatda qeyd olunub.

ÇAXAL-dan bildirilib ki, HƏMAS atəşkəsi pozub və İsrail tərəfə atəş açıb.

Qeyd edək ki, dünən İsrail və HƏMAS Qəzza zolağında humanitar atəşkəsin bir günlük uzadılması barədə razılığa gəlmişdilər.

Teqlər: