Ukraynaya total zərbələrlə bağlı Rusiya MN-dən açıqlama

Ukraynaya total zərbələrlə bağlı Rusiya MN-dən açıqlama

Ukraynaya qarşı həyata keçirilən dəqiqliklə idarə olunan kütləvi zərbə ilə məqsədə nail olunub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi komandanlığı, rabitə və enerji sistemlərinin obyektlərinə uzaqmənzilli və yüksəkdəqiqlikli silahlarla kütləvi zərbələr endirib. Bütün təyin edilmiş obyektlər vurulur. Operativ-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriya qüvvələrinin zərbələri Ukrayna Silahlı Qüvvələrinin “dxr”, Zaporojye və Nikolayev vilayətlərindəki 6 komanda məntəqəsinə, atəş mövqelərindəki 52 artilleriya bölməsinə, canlı qüvvə və hərbi texnikaya endirilib. Kupyansk istiqamətində düşmən dörd rota taktiki qrupundan istifadə edərək Xarkov vilayətinin yaşayış məntəqələri istiqamətində uğursuz hücum əməliyyatları keçirib. Onların itkiləri 40-dan çox hərbi qulluqçu, 5 tank, 4 zirehli döyüş maşını və 15 texnika olub”.

Teqlər: