Ukraynaya SSRİ qırıcılarını təklif edirik – Duda

Ukraynaya SSRİ qırıcılarını təklif edirik – Duda

Polşa təyyarələri Kiyevə verməyə hazırdır, lakin NATO-nun ümumi mövqe bildirməsini gözləyir.

AzerTimes xəbər verir ki, bu sözləri Polşa Prezidenti Andjey Duda ölkənin “TVN24” televiziyasına müsahibəsində deyib.

Duda ilk növbədə SSRİ dövründən qalan qırıcı və silah-sursatı Ukraynaya verə biləcəklərini deyib:

“Qırıcıların Ukraynaya təhvil verilməsi ilə bağlı qərar qəbul olunarsa, birincisi, biz mütləq postsovet dövründən qalan hər şeyi, məsələn, hələ də saxladığımız MiQ-29-ları təklif edəcəyik. Bu, Kiyev üçün əlverişlidir. Çünki ukraynalılar bu gün artıq MiQ-ləri idarə edə bilirlər, onların təlim keçmiş pilotları var. Bununla belə, başqa bir şey ötürüb-ötürməməyimiz müttəfiqlərimizlə bağlayacağımız müqavilələrdən asılı olacaq”.

Teqlər: