Ukrayna Silahlı Qüvvələri hazırda 155 mm-lik artilleriya mərmilərinin kəskin çatışmazlığı ilə üzləşir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski bildirib ki, buna səbəb Yaxın Şərqdə yaranmış vəziyyətdir:
“Bu mərmilərə Yaxın Şərqdə böyük tələbat var və müvafiq olaraq bizim ehtiyatlarımız azalıb. Hazırda dünyanın hər yerində anbarlarda bu sursat qıtlığı var”.