Abdullahian: ABŞ-a bu istəyimizi çatdırdıq

Abdullahian: ABŞ-a bu istəyimizi çatdırdıq

İran hakimiyyəti diplomatik kanallar vasitəsilə ABŞ-ı Fələstin-İsrail münaqişəsinin qızışmasını istəmədiyi haqda məlumatlandırıb.

AzerTimes xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Faynənşl Tayms” nəşrinə müsahibəsində deyib.

“ABŞ-a İranın müharibənin genişlənməsini istəmədiyini bildirdik. Ancaq ABŞ və İsrailin bölgədə tutduğu yanaşmaya görə Qəzza zolağı və İordan çayının qərb sahilindəki sakinlərə qarşı cinayətlər dayanmasa, istənilən variant mümkündür. Genişmiqyaslı qarşıdurma qaçılmaz ola bilər”, – Abdullahian bildirib.

Nazirin sözlərinə görə, son 40 gün ərzində İran və ABŞ mesaj mübadiləsini İsveçrənin Tehrandakı səfirliyinin Amerika şöbəsi vasitəsilə aparıb.

Teqlər: