Ukraynaya “Patriot” verilməsinə Putindən reaksiya

Ukraynaya “Patriot” verilməsinə Putindən reaksiya

Ukraynaya vəd edilən “Patriot” zenit-raket kompleksi kifayət qədər köhnəlib.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin ABŞ-ın Ukraynaya “Patriot” göndərəcəyi barədə məlumata münasibət bildirərkən deyib.

“Patriot” – Rusiyanın S-300-ü qədər işləmək qabiliyyətində deyil. Ona qarşı “zərdab” tapacağıq, biz “Patriot”u da dəfn edəcəyik”, – Putin bildirib.

Rusiya lideri qeyd edib ki, Vaşinqton nahaq yerə Kiyevə bütün silahlarını göndərir:

“Bunu edənlər mənasız iş görürlər. Bu, yalnız münaqişənin ömrünü uzadır, vəssalam”.

Teqlər: