Ukraynaya nüvə silahının verilməsi… – Volodin

Ukraynaya nüvə silahının verilməsi… – Volodin

Radoslav Sikorskinin Ukraynaya nüvə silahının verilməsi ilə bağlı açıqlamaları Avropanın mərkəzində nüvə münaqişəsinə təhrik edir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Avropa Parlamentinin üzvü, Polşanın keçmiş xarici işlər naziri Ukraynaya nüvə silahı verməyə çağırıb. Sikorski Avropanın mərkəzində nüvə münaqişəsinə təhrik edir. O, nə Ukraynanın, nə də Polşanın gələcəyini düşünür”, – Volodin bildirib.

Qeyd edək ki, bu gün Polşanın keçmiş xarici işlər naziri, Avropa parlamentinin deputatı Radoslav Sikorski Ukraynanın nüvə silahı ilə təchiz olunmasını təklif etmişdi.

Teqlər: