Ukraynaya kütləvi raket hücumu başladı

Ukraynaya kütləvi raket hücumu başladı

Oktyabrın 31-də səhər saatlarında ruslar Ukrayna ərazisinə çoxlu sayda raket zərbəsi endirib. Bütün bölgələrdə hava xəbərdarlığı elan edilib.

AzerTimes xəbər verir ki, bu barədə Çerniqov vilayəti hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus Teleqram kanalında yazıb.

“Rusiya raketlərinin kütləvi şəkildə buraxılması ilə bağlı məlumatlar var. Biz hamıdan sığınacaqlarda və ya təhlükəsiz yerdə qalmağı xahiş edirik”, – məlumatda qeyd edilib.

Teqlər: