Latviya Rusiyaya qarşı mübarizədə Ukraynaya hərbi-texniki yardım göstərməyən ölkələri pisləyir.
AzerTimes xəbər verir ki, bunu Latviya müdafiə naziri Artis Pabriks deyib.
Onun sözlərinə görə, hazırda aydın mövqe və Ukraynaya yardım gələcəkdə Avropa ölkələri arasında müttəfiqlikləri və əməkdaşlığı müəyyən edəcək:
“Ukraynanın bu müharibədə qələbə qazanacağına ümid etməyən ölkələr AB və NATO ideayalarına xəyanət edirlər.
Mənəvi və psixoloji cəhətdən Ukrayna artıq qalib gəlib. İndi qələbə texniki məsələdir və dünyanın digər dövlətlərinin bu müharibənin yeganə nəticəsinin Ukraynanın qələbəsi ola biləcəyini nə qədər tez başa düşəcəyi sualıdır. Bilirik ki, heç də bütün dövlətlər, hətta Avropada belə düşünmür, amma AB və NATO-ya üzv ölkələrin belə mövqeyi xəyanətə çox yaxındır”.