Rusiya özünün “kölgə donanması”nı yaradır

Rusiya özünün “kölgə donanması”nı yaradır

Rusiya AB-nin neft sanksiyalarından yan keçmək üçün tankerlərdən ibarət “kölgə donanması” yaradır.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Son vaxtlar gəmi satışlarını analiz edən “Maersk Tankers” şirkətinin baş icraçı direktoru Kremlin maraqları naminə neft daşıyacaq donanma yaratmaq niyyətində olduğunu deyib.

“Braemar” gəmiqayırma brokerindən isə bildirilib ki, Rusiyanın Uzaq Şərqə sutkada 4 milyon barrel neftini daşımaq üçün 240 gəmi alınıb. Onlardan 102-si “Aframaks” 58-i “Süveşymaks” tipli, 80-i isə daha böyük tankerlərdir. Ötən il həmin tankerlər İran və Venesuela neftini daşıyırdılar.

“Blumberq” qeyd edib ki, naməlum obyektlərin Dubayda, Honkonqda, Sinqapurda və Kiprdə həyata keçirdikləri tanker ticarəti birdən-birə artıb.

Teqlər: