Ukraynaya hərbi yardım Rusiya hərbi büdcəsinə çatdı

Ukraynaya hərbi yardım Rusiya hərbi büdcəsinə çatdı

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Kiyevə edilən hərbi yardımın həcmi demək olar ki, Rusiyanın müdafiə büdcəsinə bərabər olub.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, müharibə başlayandan bəri Qərb ölkələrindən və beynəlxalq təşkilatlardan Ukraynaya edilən hərbi yardımın ümumi məbləği 150,8 milyard dollardan çox olub:

“Bu məbləğin demək olar ki, üçdə biri – 48,5 milyard dolları ölkənin ordu ehtiyaclarına yönəlib. Ukraynaya edilən hərbi yardım artıq Rusiyanın keçənilki müdafiə xərclərinin 94,9%-ni (51,1 milyard dollar) təşkil edib”.

Teqlər: