Ukraynaya “hava qalxanı” lazımdır – Zelenski

Ukraynaya “hava qalxanı” lazımdır – Zelenski

Ukrayna üzərində hava qalxanı qurmaq lazımdır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Almaniya kansleri Olaf Şoltsla telefon danışığı apardığını qeyd edən Zelenski Rusiyanın raket hücumu barədə kansleri məlumatlandırdığını vurğulayıb:

“Biz Almaniyaya hava hücumundan müdafiəni təmin etdiyinə görə minnətdarıq. Ukrayna üzərində hava qalxanı qurmaq lazımdır”.

O, həmçinin bildirib ki, taxıl tədarükünün davam etdirilməsi vacibdir:

“Dünyanın aclıqla şantaj edilməsinə imkan verməməliyik”.

Teqlər: