Ukraynaya ən müasir silahlar göndəriləcək – Şolts

Ukraynaya ən müasir silahlar göndəriləcək – Şolts

Yaxın həftələrdə Almaniya Ukraynaya ən yeni silahları göndərəcək.

AzerTimes xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Berlin Kiyevi müəyyən növ silahlarla təmin etmək üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Almaniya nə qədər lazımdırsa, Ukraynanın müdafiəsini dəstəkləyəcək. Yaxın həftələrdə Berlin Kiyevə ən yeni silahları göndərəcək”, – o bildirib.

Şolts əlavə edib ki, Almaniya Ukraynaya radar sistemləri və dronları göndərməklə yanaşı, onları artilleriya, müasir hava hücumundan müdafiə sistemlərilə də təmin etməyə hazırdır.

Teqlər: