Ukraynaya daha 4 HIMARS verilir

Ukraynaya daha 4 HIMARS verilir

Ukrayna tezliklə əlavə 4 ədəd HIMARS mobil artilleriya raket sistemi alacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Azadlıq” radiosu Pentaqondakı mənbəyə istinadla məlumat yayıb.

“Biz təhlükəsizliyimiz üzərində işləməyə davam edirik və bu yardımı ukraynalılara ən qısa zamanda ötürmək üçün əlimizdən gələni edirik. Düşünürəm ki, döyüş meydanında ukraynalılar təkcə bizim deyil, həm də tərəfdaşlarımız və müttəfiqlərimizdən aldıqları sistemlərdən yaxşı istifadə edirlər”, – mənbə bildirib.

Teqlər: