Ukraynaya bunu deməyə haqqımız yoxdur – Makron

Ukraynaya bunu deməyə haqqımız yoxdur – Makron

AB Ukraynaya namizəd statusu verməyə hazırdır.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Ukraynada səfərdə olan Fransa Prezidenti Emmanuel Makron çıxış edib.

“İndi belə çətin məqamda ukraynalılara “Sonra gələrsiniz” deməyə haqqımız yoxdur. Ona görə də indi onlara bir mesaj verməliyik: bəli, biz sizə AB-yə namizəd statusunu verməyə hazırıq”, – Makron bildirib.

Qeyd edək ki, iyunun 17-də Avropa Komissiyası Ukraynaya, eləcə də Moldovaya və Gürcüstana Avropa Birliyi üzvlüyünə namizəd statusu ilə bağlı qərar verməlidir.

Ukrayna lideri Zelenski ötən gün Kiyevə səfər edən 4 ölkə liderinin Ukraynanın namizədliyini dəstəklədiyini xüsusi vurğulayıb.

Teqlər: