Ukraynasız Rusiya imperiya olmayacaq – Arestoviç

Ukraynasız Rusiya imperiya olmayacaq – Arestoviç

Rusiya Ukraynanı ələ keçirməyə çalışır, çünki əks halda əsrlər əvvəl olduğu kimi imperiya qurmaq mümkün olmayacaq.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Rusiya üçün həmişə bir forma var. Bu, imperiya formasıdır. Rusiya indi 300 il əvvəl olduğu kimi eyni formanı almağa çalışır. Ukraynalılar bu formanı yaradıb və onun inşasında mühüm rol oynayıblar. Rusiya Ukraynasız heç bir böyük müharibədə qalib gəlməyib. Biz onlar üçün çox önəmliyik. Ukraynasız Rusiya istədiyi kimi imperiya olmayacaq”, – Arestoviç bildirib.

Teqlər: