Ukraynanın yeni səfiri də almanları tənqid etdi

Ukraynanın yeni səfiri də almanları tənqid etdi

Ukraynanın Almaniyadakı yeni səfiri Aleksey Makeyev Berlini Kiyevə hərbi yardımın sürətinə görə tənqid edib.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiyaya qarşı mübarizədə lazım olanı göndərmək əvəzinə həftələrlə bizə tələblərimizin niyə heç vaxt yerinə yetirilməyəcəyini başa salmağa çalışırlar. Bir neçə həftə və ya ay keçəndən sonra Almaniya kömək edir, onda da çox gec olur”, – səfir bildirib.

Səfir Almaniyanı avtobanda saatda 30 kilometrlə gedən idman avtomobilinə bənzədib.

Qeyd edək ki, Ukraynanın Berlindəki səfiri Andrey Melnik kansler Olaf Şoltsun ünvanına “incimiş kolbasa” ifadəsi işlətmişdi.

Teqlər: