Ukraynanın vurduğu PUA Moldovaya düşdü

Ukraynanın vurduğu PUA Moldovaya düşdü

Moldovanın Ukrayna ilə sərhədində pilotsuz uçuş aparatının qalıqları tapılıb.

AzerTimes xəbər verir ki, bu barədə Moldova Sərhəd Polisinin məlumatında deyilir.

“Şahid” PUA-nın qalıqlarının Vulkaneşt rayonunun Etuliya kəndində tapıldığı bildirilib.

Ehtimal edilir ki, PUA Ukraynanın İzmayıl rayonunda 9-dan 10-na keçən gecə vurulub.

Kənd ərazisində dağıntı və tələfat yoxdur. Təhlükəsizlik tədbirləri gücləndirilir.

Teqlər: