12:48
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut şəhərinin 2023-cü il yanvarın 19-da Rusiya tərəfindən işğal olunan Kleşeyevka kəndini Rusiya hərbçilərindən azad edib.
AzerTimes xəbər verir ki, məlumatı “İnsayder” yayıb.
Hərbi müxbir Aleksandr Sladkov isə bildirib ki, rus hərbçiləri mövqelərini tərk edərək Kleşeyevkadan qaçıblar.
O, eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin güclü əks-hücum əməliyyatı keçirdiyi Baxmut yaxınlığında Rusiya ordusu üçün kritik vəziyyətin olduğuni bildirib.
Qeyd edək ki, azad edilən kənd Baxmutdan təxminən 5 km cənubda yerləşir. Sladkovun sözlərinə görə, Rusiya hərbçiləri döyüş sursatı çatışmazlığı səbəbindən uduzur və tezliklə Baxmutun özünə nəzarəti itirə bilər.