Səfirliyə terror hücumu: Abdullahian Əliyevə vəd verdi

Səfirliyə terror hücumu: Abdullahian Əliyevə vəd verdi

Prezident İlham Əliyevlə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı aparılan araşdırmasının gedişatını müzakirə edib.

AzerTimes xəbər verir ki, bu barədə müzakirələr Hüseyn Əmir Abdullahianın iyulun 5-də Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb.

Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə edib.

Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirib.

Teqlər: