Ukraynanın sarsıdıcı zərbə endirmək şansı yaranır – Mİ6

Ukraynanın sarsıdıcı zərbə endirmək şansı yaranır – Mİ6

Rus işğalçılarının yaxın bir neçə həftə ərzində əməliyyata fasilə verəcəyi ehtimalı var. Ukraynalılar üçün bu, sarsıdıcı zərbələr endirmək şansı ola bilər.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı Mİ6-nın rəhbəri Riçard Mur bildirib.

“Düşünürəm ki, onların enerjisi tükənmək üzrədir. Bizim dəyərləndirməmiz belədir ki, ruslar növbəti bir neçə həftə ərzində qüvvə təmin etməkdə çətinliklə üzləşəcək”.

Riçard Mur xatırladıb ki, hər iki tərəfdən itkilər qəbuledilməz həddə çatır və bu, münaqişənin səngiməsinə səbəb ola bilər.

Teqlər: