Ukraynanın Rusiyaya hücumu: dağıntılar var

Ukraynanın Rusiyaya hücumu: dağıntılar var

Ukrayna ötən gecə Rusiyanın Kursk vilayətinə raket hücumu həyata keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt öz Teleqram kanalında məlumat yayıb.

O bildirib ki, hava hücumundan müdafiə sistemi tərəfindən vurulan S-200 raketinin qalıqları Kursk şəhərinin mərkəzinə və şəhərin digər ərazilərinə düşüb. Nəticədə bir neçə evin dam örtüyü zədələnib.

Qeyd edək ki, ötən gecə Belqorod və Kursk vilayətinə edilən hücumlar zamanı Kurskda elektrik enerjisi kəsilmişdi.

Teqlər: