Ukraynanın raketi bitdi, NATO-nun üç seçimi var… – Markov

Ukraynanın raketi bitdi, NATO-nun üç seçimi var… – Markov

Rusiya Silahlı Qüvvələrinin hücumundan sonra Ukraynada rus ordusunun raketlərinin tükəndiyi ilə bağlı bütün söhbətlər dayandı. Eyni zamanda, bu söhbətlər Qərbdə də bitdi.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Markov bildirib ki, indi bütün söhbət Ukrayna Silahlı Qüvvələrinin raketlərinin tükənməsi ətrafında gedir:

“Bəs NATO nə etməlidir? Üç variant var.

Birincisi, Rusiyaya güzəştə getmək və münaqişəni dondurmaq. İkincisi, NATO ölkələrinin iqtisadiyyatını sürətli şəkildə hərbiləşdirmək. Üçüncüsü isə 1 və 2-ci variantı birləşdirmək. Yəni, Minsk 3 modelinə uyğun barışıq və 2024-cü ilə qədər Ukrayna ordusunu yenidən silahlandırıb, 2025-ci ildə yeni müharibəyə başlamaq. Seçim çətindir. Onlar bir neçə ay ərzində yeni strategiya hazırlamalıdırlar. Bunun nə olacağı hələ bəlli deyil. Hətta ictimai müzakirələr də aparılmır – hər şeyi birbaşa adlandırmaqdan qorxurlar”.

Teqlər: