Kiyevin vətəndaşlarını öldürməsi dəhşətlidir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı danışarkən deyib.
“Əsirlərin dəyişdirilməsi tam sakit şəkildə baş verən bir prosesdir. Ukraynalıların sözün əsl mənasında bir gün sonra evinə dönəcək əsirlərini, yəni vətəndaşlarını öldürməsi tamamilə dəhşətli addımdır. Sadəcə dəhşətlidir”, – o bildirib.
Peskov qeyd edib ki, bu gün heç kim İl-76 qəzasının Rusiya və Ukrayna arasında əsir mübadiləsinin davam etdirilməsi perspektivlərinə necə təsir edəcəyini deyə bilməz.
Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.