Ukraynanın mexaniklər ordusu: Ruslar baş verənləri anlamır

Ukraynanın mexaniklər ordusu: Ruslar baş verənləri anlamır

100 millik cəbhə xətti boyunca toplaşan minlərlə Ukrayna hərbçisinin arxasında tanklar, zirehli texnikalar və Qərb istehsalı digər texnikaların işlək vəziyyətdə saxlanılmasına cavabdeh olan mexaniklər, mühəndislər və silah ustalarından ibarət kiçik bir ordu var.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Nəşrin məlumatına görə, onlar cəbhə xəttindən bir neçə mil məsafədəki meşə düşərgələrində, tərk edilmiş binalarda və ya mobil təcili yardım qrupları kimi işləyirlər.

“Artıq cəbhədə maşınlara ehtiyac var və bu yol onları tez bir zamanda cəbhə xəttinə qaytarmağa imkan verir”, – Ukrayna axrca cəbhə komandanlığının rabitə rəisi mayor Valeri Şerşen deyib.

Bildirilib ki, mexaniklər vurulmuş texnikaları tapmaq və təmir etmək üçün minalanmış sahələr və artilleriya atəşi ilə hərəkət edərək döyüş mövqelərinə giririlər.

Ukraynalı zabitlərdən biri nəşrə açıqlamasında bildirib ki, onun bölüyündən olan 6 mexanik həlak olub.

Buna baxmayaraq, mexanik və mühəndislər vurulmuş NATO texnikalarını, eləcə də rusların ələ keçirilmiş texnikalarını döyüş mövqelərindən çıxararaq tez bir zamanda təmir etməyə çalışırlar.

İqor adlı mexanikin sözlərinə görə, son bir ayda onun komandası NATO-nun 40-dan çox zirehli texnikasını və 8 tankını təmir edə biliblər:

“Ruslar nə baş verdiyini anlamırlar. Bir neçə gündən sonra texnikalar yenidən döyüş meydanındadır”.

Teqlər: