Ukraynanın hərb maşını darmadağın edildi

Ukraynanın hərb maşını darmadağın edildi

Ukraynanın hərbsizləşdirilməsi – bu, “xüsusi hərbi əməliyyat”ın ən vacib hədəflərindən biridir və Rusiya Ukraynanın hərbi maşınını darmadağın edə bilib.

AzerTimes xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

O, “hərbi əməliyyatı” çox çətin adlandırıb, lakin müəyyən hədəflərə bir ildə nail olunduğunu bildirib.

Peskovun sözlərinə görə, Rusiyanın yüksəkdəqiqlikli silahları ilə Ukraynanın xeyli hərbi istehsal sənayesi və anbarları məhv edilib: “Bu, davam etdiriləcək”.

Teqlər: