Ukraynanın əks-hücumunun ilk uğuru – Sırski

Ukraynanın əks-hücumunun ilk uğuru – Sırski

Ukrayna qoşunlarının Baxmut istiqamətində irəliləməsi Baxmutun müdafiəsi üçün hücum əməliyyatlarının ilk uğurudur.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Aleksandr Sırski deyib.

“Son bir neçə gün göstərdi ki, biz hətta belə çətin şəraitdə də irəli gedib düşməni məhv edə bilərik. Biz düşməndən daha az resursla döyüşürük. Bununla belə, onun planlarını məhv etməyi bacarırıq. Bunların hamısı insan imkanlarının ən yüksək həddini aşaraq işğalçıya qarşı mübarizə aparan döyüşçülərimizin sayəsindədir”, – Sırski bildirib.

Teqlər: