Ukraynanın əks-hücum tarixi: məlumat sızdı…

Ukraynanın əks-hücum tarixi: məlumat sızdı…

ABŞ və müttəfiqləri Ukraynanı aprelin 30-na planlaşdırılan hücuma hazırlayır.

AzerTimes xəbər verir ki, bu barədə “Nyusvik” nəşri Pentaqonun sızan gizli sənədlərinə istinadla məlumat yayıb.

“Ukraynaya tədarük və dəstək 30 aprelə planlaşdırılan hücumdan əvvəl çatdırılır. ABŞ və müttəfiqləri gələcəyə baxırlar və Ukraynanı yaz əks-hücumuna hazırlamaqla məşğuldurlar”, – nəşr bildirib.

Qeyd edək ki, Ukrayna Baş naziri Denis Şmıqal Ukraynanın əks-hücum əməliyyatlarının yaxın günlərdə başlayacağını demişdi. Buna baxmayaraq, məlumatların sızması səbəbindən hücumun ertələnəcəyi də istisna edilmir.

Teqlər: