Türkmən futbolçu: Əgər İrana qayıtsam…

Türkmən futbolçu: Əgər İrana qayıtsam…

Almaniyanın “Bayer Leverkusen” klubunun oyunçusu, türkmən əsilli futbolçu Sərdar Azmun Təbrizin “Traktor” klubuna qayıda bilər.

AzerTimes xəbər verir ki, bu barədə Təbrizin “Azərəncümən” saytı məlumat yayıb.

“Perspolis” və “İstiqlal” klublarını da bəyənirəm. Ancaq doğrusu budur ki, mən “Traktor” klubunun fanatıyam. İrana qayıdası olsam, yalnız “Traktor” klubunda çıxış edəcəyəm”,- ulduz futbolçu bildirib.

Qeyd edək ki, Sərdar Azmun İranın şimal-şərqində yerləşən Türkmənsəhradandır. Güney Azərbaycanda və İranda, xüsusilə, türklər arasında çox bəyənilən futbolçulardan olan S.Azmun “Traktor” klubu və azarkeşlərinə qarşı edilən haqsızlıqlara dəfələrlə etirazını bildirib, dəstək bəyanatı yayıb.

Teqlər: