Ukraynanın çətin irəliləməsinin səbəbi… – Stoltenberq

Ukraynanın çətin irəliləməsinin səbəbi… – Stoltenberq

Ukrayna qoşunları çətin relyefə, Rusiya ordusunun güclü müdafiə mövqelərinə görə irəliləməkdə çətinlik çəkir.

AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“Biz Ukrayna ordusuna bir neçə aylıq təlim keçdikdən və silahlandırdıqdan sonra yenidən əraziləri necə azad etmək iqtidarında olduğunu görürük. Bununla belə, relyef çətindir və Rusiya ordusu güclü müdafiə mövqeləri, o cümlədən minalanmış sahələr və tank əleyhinə maneələr yaradıb. İrəli getmək asan deyil”, – Stoltenberq bildirib.

Teqlər: