Ukraynanın Baş naziri Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədovu təbrik edib

Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Respublikasının
Müstəqillik Günü münasibətilə Baş nazir Əli Əsədova təbrik məktubu
ünvanlayıb.

Nazirlər Kabinetindən AzerTimes-a verilən məlumata görə, məktubda
qeyd edilir ki, Ukrayna Azərbaycan ilə əməkdaşlığa xüsusi diqqət
ayırır. Bildirilir ki, Ukrayna Hökuməti Azərbaycan Hökuməti ilə
qarşılıqlı maraq doğuran bütün sahələrdə fəal əlaqələrin həyata
keçirilməsinə hazırdır.

Ukrayna əhalisinin və məcburi köçkünlərin ehtiyacları üçün
Azərbaycan tərəfindən göstərilən humanitar yardımın, həmçinin
Ukraynada əkin işlərinin təmin edilməsi üçün əlavə yanacağın
ayrılması yüksək qiymətləndirilir.

Məktubda Ukrayna-Azərbaycan əməkdaşlığının qarşılıqlı hörmət və
dəstək ruhunda inkişaf etməyə davam edəcəyinə əminlik ifadə
olunur.

Teqlər: