EY şirkəti Bakı Enerji Forumunu dəstəkləyir

EY şirkəti Bakı Enerji Forumunun (əvvəllər Xəzər Neft-Qaz
Konfransı kimi tanınan) Məsləhətçi Tərəfdaşı kimi çıxış edir. Bu
forum neft-qaz sektorunda ixtisaslaşan sənaye rəhbərləri, dövlət
rəsmiləri, aparıcı şirkətlərin idarə heyətlərinin üzvləri, habelə
tədqiqat mərkəzlərin ekspertləri və sənaye təhlilçiləri üçün ən
nüfuzlu platformalardan biri hesab olunur. Tədbir ənənəvi olaraq
iyunun ilk həftəsində keçirilir.

EY şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyev
deyib: “Hamıya məlumdur ki, enerji və resurslar sənayesi uzun
müddət ərzində əsaslı dəyişikliklərə məruz qalmaqdadır. Lakin,
qeyri-müəyyənliklər və onlarla bağlı narahatlığa baxmayaraq biz EY
olaraq əminik ki, cari vəziyyət sənaye üçün çətinliklər deyil, yeni
imkanlar gətirə bilər. Ona görə gələcəyini düşünən və
dəyişiklikləri qabaqlamaq istəyən şirkətlər dərhal hərəkətə
keçməlidir. Biz bu cür şirkətlərə bugünkü məqsədlərinə çatmağını
sabahkı uzunmüddətli dəyər yaratmaq səyləriylə birləşdirən
strategiyanı hazırlayıb, onlara lazım olan yol xəritəsi tərtib
edirik və tələb olunan təşkilati və texnoloji addımlar və
islahatlar təqdim edirik. Odur ki, biznes icmasına gələcək üçün
bizneslərini inkişaf etdirmək və yenidən formalaşdırmaqda dəstək
göstərərək unikal təcrübə və biliklərimizi təklif edirik”.

Dekarbonizasiya, rəqəmsallaşma, xərclərlə bağlı təzyiqlər və
geosiyasi qeyri-müəyyənlik enerji və resurslar sənayesini
dəyişdirən qüvvələrdən yalnız bəziləridir. Neft-qaz şirkətləri eyni
problemlə üzləşir – onlar cari və gələcək çətinliklərə tab gətirmək
üçün qısamüddətli kommersiya təzyiqlərini bizneslərini yenidən
formalaşdırmaq zərurəti ilə uyğunlaşdırmalıdırlar.

EY şirkətinin Mərkəzi, Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi
Asiya bölgədəki neft-qaz sənayesi üzrə məsləhət təcrübənin rəhbəri
Marek Mikitiyuk adıçəkilən forumda “Enerji keçidi perspektivləri”
mövzusunda təqdimatla çıxış edəcək. O, yeni yaranan təmiz
texnologiyaların iqtisadiyyata təsirini və nəqliyyat və
infrastrukturun inkişafında enerji sektorunun rolunu müzakirə
edəcək. Forumda çıxış etməzdən əvvəl Marek Mikitiyuk bunları
söylədi: “Neft-qaz şirkətləri müəyyən bir müddət hələ də enerji
istehsalçı oyunçuları sırasında aparıcı rol oynayacaqlar. Lakin,
onların da keçid yolu çoxsaylı çağırış və risklər ilə müşayiət
olunacaq. Sənayenin böyüməsini davam etdirmək və qeyri-müəyyənlik
şəraitində inkişaf etmək üçün şirkətlərdən adaptasiya və çeviklik
bacarıqları tələb olunacaq”.

Bu yaxınlarda EY enerji istehlakçılarının enerji keçidində necə
hərəkət edə biləcəyini aşkar edib işıqlandırmaq üçün 17 ölkədən 34
mindən çox istehlakçı arasında sorğu keçirib. Bu araşdırma təsdiq
edib ki, enerji keçidi sürətləndikcə müştərilərin enerji
təminatçılarına qarşı gözləntiləri və istəkləri də sürətlə
dəyişəcək. Ekspertimiz Marek Mikitiyuk bu fikri dəstəkləyir: “Dəyişən enerji dünyası tam yeni bir müştəri təcrübəsi tələb edir.
Bunu insanlar açıq şəkildə ifadə edirlər. Yeni müştəri təcrübəsi
istehlakçıların deyişən ehtiyac və istəklərə cavab verməli və
insanların dayanıqlı inkişafa xidmət edən seçimlər etməyə imkan
verməlidir. Buna görə də enerji təminatçıları bütün bunları bazara
təqdim edəndə iqtisadi artım, xərc və davamlılığı
tarazlaşdırmalıdır.

EY sözügedən müştəri təcrübəsinin dəyişdirilməsinin şirkətlər
üçün nə dərəcədə həssas və çətin olduğunu gözəl anlayır. Məhz buna
görə də EY mütəxəssisləri enerji istehsalçılarına işçi qüvvəsini
gücləndirməkdə, getdikcə daha geniş müştəri kütləsini cəlb etməkdə
və uzunmüddətli dəyəri artırmaq üçün qabaqcıl texnologiyalardan və
çevik iş üsullarından istifadə etməkdə kömək edir. EY Azərbaycan da
daha yaxşı iş mühiti qurmaq öhdəliyini yerinə yetirməkdə davam
edir. EY-ın irəli sürdüyü fikir və təkliflər kapital bazarlarında,
habelə yerli iqtisadiyyatda etimad yaratmaq missiyasına xidmət
edir.

Teqlər: