Ukraynanın Avropa Birliyi məsələsində çox israrlı olacağını düşünmürəm – Türkiyə Prezidenti

Ukrayna xüsusilə NATO-ya üzvlüklə bağlı çox israrlı mövqe
nümayiş etdirmir. Əslində, Ukraynanın Avropa Birliyi məsələsində
çox israrlı olacağını düşünmürəm.

Trend-in məlumatına görə, bunu Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən
jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu prosesdə bəziləri istisna olmaqla,
Avropa İttifaqına üzv dövlətlər buna ciddi yanaşmadılar.

“Bütün bunlara baxmayaraq, mən cənab Putinin Ukraynanın Avropa
Birliyinə daxil olmasına müsbət münasibətini öyrəndim və eşitdim.
Təbii ki, bu görüşlər zamanı yekun vəziyyəti öyrənəcəyik. Onunla
görüşüm zamanı ondan bunu eşitmək bizə bu istiqamətdə atılacaq
addımları daha düzgün qiymətləndirmək imkanı verəcək.

Biz Ukraynanın təhlükəsizliyinə təminat vermək baxımından qarant
ölkələrdən biri ola bilərik, buna prinsip kimi baxırıq, lakin təbii
ki, bunun təfərrüatlarına aydınlıq gətirilməlidir”, – deyə
R.T.Ərdoğan vurğulayıb.

Teqlər: