Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının yaralanması ilə bağlı xəbər təkzib olunub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
O bildirib ki, Rusiya mətbuatının yaydığı xəbərlər yalandır və Zalujnı öz işinin başındadır.
Qeyd edək ki, daha öncə hərbi müxbir Andrey Rudenko Zalujnının Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun komanda məntəqələrindən birinə səfəri zamanı ağır yaralandığını bildirib.