Ukraynanı tərk edən daha 184 azərbaycanlı öz ölkəsinə gəlib

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən
Azərbaycanlılar, Rumıniya ərazisindən həyata keçirilən növbəti
AZAL-ın çarter reysi ilə, aralarında 7 körpə olmaqla, 184 sərnişin
ölkəyə gəlib.

AzerTimes-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin
mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva öz “Twitter”
səhifəsində yazıb.

Onun sözlərinə görə, indiyədək baş tutan 7 çarter reysi ilə 1295
həmvətənimiz Azərbaycana gəlib.

Teqlər: