Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında Rusiyanın qadınlar qrupu birinci yeri tutub

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş
Qrupları Yarışlarının 12-18 yaş kateqoriyası üzrə qadın qrupları
arasında Rusiya komandası birinci yeri tutub.

AzerTimes-ın məlumatına görə, Rusiyanın qadınlardan ibarət qrupunun
nəticəsi 28,050 xal olub.

İkinci yerdə ABŞ-dan olan qrup (27,800 xal), üçüncü yerdə
Portuqaliyadan olan qızlar qrupu (27,320 xal) qərarlaşıb.

Finalda gimnastlar kombinə edilmiş hərəkətləri təqdim
ediblər.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.


Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.

Teqlər: