Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ukraynanı tərk
edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının
təxliyyə olunması ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat xidməti idarəsindən AzerTimes-a daxil olan
məlumata görə, Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək
qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini
həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti
tərəfindən iki çarter reysinin təşkil edilməsi nəzərdə tutulub.
Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən
birincisi, Türkiyənin Tailwind şirkəti vasitəsilə 168 Azərbaycan
vətəndaşının, Azərbaycan hava yolları ilə həyata keçiriləcək
növbəti çarter reysi ilə isə 174 vətəndaşımızın Azərbaycana
gətirilməsi planlaşdırılır.