Ağcabədidə “Mercedes” 2 avtomobillə toqquşub, xəsarət alan var

Ağcabədidə idarəetməni itirən sürücü yol kənarında dayanan iki
minik maşınına və marketə çırpılıb.Hadisə rayonun Hindarx
qəsəbəsində qeydə alınıb.

AzerTimes-ın yerli bürosunu verdiyi məlumata görə, yüksək sürətin
səbəb olduğu qəzada bir nəfər xəsarət alıb. Lakin yol kənarında
duran və sürətlə hərəkət edən “Mersedes-benz” tərəfindən vurulan “VAZ-011” və “VAZ-2107” markalı minik maşınlarına, həmçinin marketə
ciddi zərər dəyib.

Qəza törədən şəxs, mersedesin sürücüsü müxtəlif bədən
xəsarətləri aldığı üçün xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başladılıb.

Teqlər: