Ukraynalılar bizə güvənməyə davam edə bilər – Berbok

Ukraynalılar bizə güvənməyə davam edə bilər – Berbok

Ukraynaya ehtiyac olduğu qədər silah, humanitar və maliyyə yardımı ilə dəstək verəcəyik.

AzerTimes xəbər verir ki, bunu Almaniyanın XİN başçısı Annalena Berbok deyib.

“Bu gün Kiyevə gəldim ki, onlar bizə güvənməyə davam edə biləcəklərini bir daha xatırladaq. Artıq altı aydan çoxdur ki, ukraynalılar hər şey üçün – ailələrinin və dostlarının həyatı üçün mübarizə aparırlar. Bununla onlar təkcə insanların sülh və azadlıq hüquqlarını deyil, həm də bizim Avropa sülh nizamını müdafiə edirlər”, – Berbok deyib.

Qeyd edək ki, bu gün Berbok müharibə başlayandan sonra ikinci dəfə Kiyevə gedib.

Teqlər: