Ukraynalılar Baxmut uğrunda inadla döyüşür – Kirbi

Ukraynalılar Baxmut uğrunda inadla döyüşür – Kirbi

Rusiya təbliğatçılarının iddialarının əksinə olaraq, Ukrayna inadla Baxmut uğrunda mübarizə aparır.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Baxmut ukraynalılar üçün böyük əhəmiyyət kəsb edir və buna hörmət edirik, anlayırıq. Ukrayna ordusunun Baxmutdan geri çəkilməsi belə, strateji baxımdan döyüşün dinamikasını dəyişməyəcək”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün “Vaqner” təşkilatının rəhbəri Yevgeni Priqojinin Baxmutun mərkəzinə Rusiya bayrağını sancdığını əks etdirən videogörüntülər paylaşılmışdı.

Teqlər: