Ukraynada 8 yaşlı Jenya adlı uşağın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazması gündəm olub.
AzerTimes xəbər verir ki, uşaq Ərdoğandan Ukraynaya 1 ədəd də olsa “Bayraqdar TB2” PUA-sını göndərməsini xahiş edib.
“Cənab Prezident Ərdoğan! Mənim adım Jenyadır, 8 yaşım var. Qəhrəman şəhər İrpendənəm. Sizdə “Bayraqdar” var. Onlar müharibə üçündür. Bizdə də müharibə davam edir. Bizim qələbəmiz üçün, uşaqlar ölməsin deyə ən azı 1 “Bayraqdar” sizdən rica edirəm. Təşəkkür edirəm. Yaşasın Ukrayna!”, – məktubda yazılıb.