Bakıda xanım sürücü ağır qəza törətdi – Video

Bakıda xanım sürücü ağır qəza törətdi – Video

Qala-Pirallahı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, yağışlı havada KİA markalı avtomobilin qadın sürücüsü idarəetməni itirib və VAZ-2109 markalı maşınla toqquşub. Daha sonra isə yol kənarındakı yol nişanlarına və üzərində yük maşını olan evakuatora çırpılıb.

Hadisədə ölən və xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

Teqlər: