Ukraynalı nazirdən səhvlərlə bağlı etiraf…

Ukraynalı nazirdən səhvlərlə bağlı etiraf…

Ukrayna müdafiə naziri Aleksey Reznikov hərbçilərin ərzaq təminatı ilə bağlı yaranan qalmaqaldan dolayı Ali Radanın Korrupsiyaya Qarşı Mübarizə Siyasəti Komitəsinin üzvləri qarşısında çıxış edib.

AzerTimes xəbər verir ki, bu barədə ukraynalı deputat Viktoriya Syumar deyib.

O bildirib ki, nazir bununla bağlı səhvlərin olduğunu etiraf edib:

“Nazir 400 mövqedən olan məhsulların siyahılarında səhvlərin olduğunu bildirdi. Söhbət təkcə kiloqram və tonlarla olan yumurtadan deyil, başqa mövqelərdən də gedir. Məhz buna görə nazir müavini Şapovalov getdi. Nə üçün səhv olub, yaxın vaxtda araşdırılmalıdır”

Teqlər: