Ukraynalı keçmiş siyasi məhbus Gennadi Afanasyev Luqansk vilayətində Beloqorovko qəsəbəsi yaxınlığında gedən döyüşlər zamanı öldürülüb.
AzerTimes Ukrayna mediasına istinadən xəbər verir ki, G.Afanasyev 241-ci briqadanın 130-cu terrordan müdafiə batalyonunun tərkibində döyüşürmüş.
Qeyd edək ki, hələ 2014-cü ildə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən yaxalanan G.Afanasyev Krımda terrorizmdə günahlandırılırdı. Yeddi il həbs cəzasına məhkum edilən döyüşçü daha sonra əsir mübadiləsi ilə Ukraynaya qaytarılmışdı.