Rusiya və İran yeni ticarət dəhlizi yaradır

Rusiya və İran yeni ticarət dəhlizi yaradır

Rusiya və İran Şərqi Avropadan Hind okeanına kimi ticarət dəhlizi yaratmağa başlayıblar.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Agentlik yazıb ki, layihənin məqsədi iki ölkənin Xəzər dənizi və dəmir yolu şəbəkələri ilə yüklərin çatdırılmasını sürətləndirmək, Qərbin sanksiyalarının ölkələrin iqtisadiyyatlarına və ticarət əlaqələrinə etdiyi təzyiqləri azaltmaq istəyidir.

Qeyd olunub ki, dəhlizin şimal nöqtəsi Azov dənizindədir. Belə ki, sanksiyalara məruz qalanlar da daxil olmaqla, onlarla Rusiya və İran gəmisinin artıq həmin marşrutla hərəkət etdiyini göstərir.

Teqlər: