Ukrayna Milli Qvardiyasının 19 yaşlı əsgəri “İqla” zenir-raket kompleksi vasitəsilə artıq 6-cı rus təyyarəsini vurub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasından məlumat verilib.
“İyulun 16-da axşam saatlarında o, qanadlı raketi vurdu. Səhəri gün isə əsgərimiz növbəti Su-25 təyyarəsini məhv etdi. Hazırda onun hesabında 6 ədəd Su-25 təyyarəsi və bir ədəd qanadlı raket var”, – məlumatda qeyd olunub.
Bildirilib ki, 3 təyyarə vurandan sonra əsgərə Ukrayna Qəhrəmanı adı verilib.