1250 yük maşını Latviya-Rusiya sərhədində qaldı

1250 yük maşını Latviya-Rusiya sərhədində qaldı

Latviya-Rusiya sərhədində yük maşınlarının böyük növbələri yaranıb.

AzerTimes xəbər verir ki, bu barədə Latviyanın Dövlət Gəlirləri Xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, iki gömrük-keçid məntəqəsində 1250 yük avtomobili gözləməkdədir.

Belarus sərhədində də növbələrin yarandığı, ümumilikdə 450 yük maşının gözlədiyi bildirilir.

Teqlər: