Enerqodardakı Zaporojye AES-də terror aktı hazırlayan bir qrup ukraynalı diversantın saxlanmasını əks etdirən videogörüntülər yayılıb.
AzerTimes xəbər verir ki, axtarışlar nəticəsində saxlanılan şəxslərdən silah-sursat – AK-74 avtomatları və NLAW qumbaraatanları, həmçinin, qumbaralar, əldəqayırma partlayıcı qurğular və pilotsuz uçuş aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, görüntülərdə təhlükəsizlik qüvvələrinin diversiya qrupu üzvlərinin olduğu otağa necə daxil olduğu əks edilib.