Ukrayna AB-yə ucuz elektrik enerjisi təklif edir

Ukrayna AB-yə ucuz elektrik enerjisi təklif edir

Ukrayna Avropa Birliyi ölkələrinə öz elektrik enerjisini təklif edir ki, bu da Avropa bazarından xeyli ucuzdur.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski danışıb.

O bildirib ki, Rusiyanın təhrik etdiyi ərzaq böhranının şiddəti artıq aradan qaldırılıb:

“Enerji böhranının kəskinliyini yumşaltmaq üçün də eyni şeyi etmək lazımdır, onun köməyi ilə Rusiya bizim birliyimizi və özümüzü müdafiə etmək qabiliyyətimizi məhv etməyə çalışır”.

Onun sözlərinə görə, Rusiya hər şeyi edir ki, qiymət böhranı demokratik ölkələrə güclü zərbə vursun, Avropada və dünyada xaos olsun:

“Bu o deməkdir ki, biz Rusiyadan istənilən enerji asılılığını aradan qaldırmaq, onun enerji daşıyıcılarından pul qazanmaq imkanlarını yox etmək və insanların bu böhrandan sağ çıxmasına kömək etmək üçün hər şeyi etməliyik”.

Teqlər: